» » Diqqət! Bakıda peşəkar dələduz peyda oldu - FOTO

Diqqət! Bakıda peşəkar dələduz peyda oldu - FOTO

Diqqət! Bakıda peşəkar dələduz peyda oldu - FOTO

Bakıda peşəkar dələduz peyda olub.

Ucarliyiq.biz bildirir ki, BAKU.WS-in redaksiyasına müraciət edən oxucu Tatyana Dolives insanların bu dələduzun potensial qurbanı olmaması üçün çalışır. Tatyananın sözlərinə görə, Aqşin Ağabəyli iki il əvvəl onun ailəsi ilə yaxın olub. Əvvəlcə, bütün dələduzlar kimi o, çox mədəni kimi davrandı. Tatyananın və onun ailəsinin üzvlərinin etibarından istifadə edən gənc xanımdan 1500 manat pul istəyib.

Aqşin deyib ki, pul instituta görə lazımdır. Tatyana xeyirxahlıq edərək Aqşinə kömək edib və ona lazım olan pulu borc olaraq verib. Daha sonra məlum olub ki, bu pul əslində Aqşinə instituta görə lazım deyilmiş. Tatyananı pulu ilə Aqşin restoranda dostlarına qonaqlıq verib.

Nə vaxt ki, pulu qaytarmaq vaxtı çatıb dələduz vaxtı uzatmağa başlayıb. Tatyana Aqşinin atasıyla dəfələrlə danışıb və bildirib ki, oğlunun bu dələduzluğuna görə polisə müraciət edəcək. Ancaq yaşlı kişi Tatyanadan xahiş edərək onu bu fikrindən yayındırmağa çalışıb. Kişi deyib ki, o özü pulu qaytaracaq. Həmçinin Aqşinin atası xanımın (Aqşinin anası) xəstəliyindən şikayətlənib. Onunla söhbətdə aydınlaşdı ki, Aqşin yalnız vətəndaşları aldatmır, həm də öz valideynlərindən pul oğurlayır.

Araşdırmalar zamanı məlum olub ki, təkcə Tatyana bu dələduzun qurbanı deyil. Aqşinin toruna düşən onlarla insan var. Müxtəlif bəhanələrlə Aqşin insanlardan pulu götürür və qaytarmırdı. Hətta onun qurbanlarının ən çətin vəziyyəti də onu narahat etmir.

Belə qurbanlardan biri Aqşinə 800 ABŞ dolları pul verib. Bu pul müalicəyə üçün nəzərdə tutulurdu. Qız artıq bir neçə ildir ki, xərçənglə mübarizə aparır. Aqşin Ağabəyli heç nədən çəkinmir və pul üçün istənilən addımı ata bilər. Aqşinin fırıldaqçı addımlarını saymaqla bitirmək olmur. Dələduz şərəf və ləyaqətini itirib, bu günə kimi "sevimli işi"ylə məşğul olmağa davam edir.

Onlara aldadılmış insan artıq pulunu geri almaq fikrindən daşınıb. İndi onların tək arzusu var. Zərər çəkmişlər Aqşin Ağabəyli haqqında informasiyanı yaymaqla onun qurbanlarının artmasının qarşısını almaq istəyirlər.