» » "Eurovision" 2016 qalibi dəyişə bilər

"Eurovision" 2016 qalibi dəyişə bilər

"Eurovision" 2016 qalibi dəyişə bilər

"Eurovision" 2016 mahnı müsabiqəsində ciddi səhvə yol verilib.
Ucarliyiq.biz-ın lent.az-a istinadən məlumatına görə, qiymətləndirmə mərhələsində iştirak edən Danimarka nümayəndəsi Hilda Heyk səhvən Danimarkanın ən yüksək səsini ( 12 bal) Ukraynaya verib.
H.Heyk bildirib ki, əslində 12 balı Avstraliya təmsilçisi Dami İmin ifa etdiyi "The Sound of Silence" mahnısına vermək istəyiblər.
Ukraynaya heç 1 bal belə vermək istəmədiklərini deyən Danimarka nümayəndəsinin dediklərini nəzərə alsaq, onda Danimarkanın səsvermə növbələşməsi əslində

Belə deyil:

Ukraine – 12 points
Australia – 10 points
Belgium – 8 points
The Netherlands – 7 points
Bulgaria – 6 points
Lithuania – 5 points
Sweden – 4 points
United Kingdom – 3 points
Israel – 2 points
Spain – 1 point

Belə olmalıymış:

Australia – 12 points
The Netherlands – 10 points
Belgium – 8 points
Sweden – 7 points
Bulgaria – 6 points
Spain – 5 points
Israel – 4 points
Russia – 3 points
Lithuania – 2 points
France – 1 point

Səhvini növbəti gün başa düşən Hilda Heyk buna görə hələ də özünü narahat hiss edir.
Xatırladaq ki, o eyni səhvi yarımfinalda da etmişdi. Belə ki, o yarımfinalda ən yüksək balı səhvən Makedoniya təmsilçisi Kaliopiyə vermişdi.

Qeyd edək ki, Avropa Yayım Birliyinə (EBU) məsələ ilə bağlı müraciət edilib. Lakin qurumun məsələ ilə bağlı hər hansı bir planı yoxdur.
Səsvermə nəticələri nəzərə alınaraq Ukraynanın topladığı 534 baldan 12 xal geri götürülərək Avstraliyanın topladığı 511 bala əlavə olunsa, Dami İm 1 xal fərqlə qalib hesab edilə bilər.