» » Ştaynmayer: Qarabağ münaqişəsi nə qədər uzansa, müharibə riski bir o qədər artacaq

Ştaynmayer: Qarabağ münaqişəsi nə qədər uzansa, müharibə riski bir o qədər artacaq

Ştaynmayer: Qarabağ münaqişəsi nə qədər uzansa, müharibə riski bir o qədər artacaq

“ATƏT münaqişənin nizamlanmasında vacib rol oynayır”.

Dağlıq Qarabağda münaqişə nə qədər uzun müddət davam edəcəksə, tərəflər bir o qədər intensiv silahlanacaq, Ermənistan və Azərbaycan arasında müharibə daxil olmaqla yeni eskalasiya riski daha artıq olacaq. 

Ucarliyiq.biz verdiyi məlumata görə, bunu Vyanada Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, 6 həftə əvvəl təmas xəttindəki qızğın döyüşlər göstərir ki, çoxillik status-kvo uzunmüddətli perspektivdə qənaətbəxş deyil.

Nazir qeyd edib ki, ATƏT münaqişənin nizamlanmasında vacib rol oynayır: 

“Fikrimizcə, məqsəd təmas xətti üzrə atəşkəs rejimini gücləndirmək, etimadın möhkəmləndirilməsi üzrə tədbirləri razılaşdırmaq və danışıqlar prosesinə başlamaqdır. Bu, müəyyən vaxt tələb edəcək”.

.