» » Qadını hədələyib maşınını əlindən aldılar - Bakıda

Qadını hədələyib maşınını əlindən aldılar - Bakıda

Qadını hədələyib maşınını əlindən aldılar - Bakıda

Bakıda qadının avtomobilini ələ keçirən şəxslər tutulub. Ucarliyiq.biz Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 16-da Xətai rayonu ərazisində Bakı şəhər sakini Sevda Rəfiyeva "Kia" markalı avtomobilinə oturarkən naməlum şəxs bıçaqla onu hədələyib həmin nəqliyyat vasitəsində hadisə yerini tərk edib. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən qeyd edilən avtomobilin həmin gün saat 21 radələrində Yasamal rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

Əlahiddə Çevik Polis Alayı, Yasamal RPİ 29-cu PB və Xətai RPİ 37-ci PB əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə avtomobil saxlanılıb, quldurluq hadisəsini törətmiş Bakı şəhər sakini Orxan Xıdırov və həmyerlisi Aleksandr Semyonov tutulub.

Araşdırma aparılır.