» » “WhatsApp” “Android” üçün videozəngləri sınaqdan keçirir

“WhatsApp” “Android” üçün videozəngləri sınaqdan keçirir

“WhatsApp” “Android” üçün videozəngləri sınaqdan keçirir

Şirkət səsli zənglərin istifadəyə verilməsinə hazırlaşır.

“WhatsApp” messencerinin tərtibatçıları videozəngləri sınaqdan keçirir. Yeni funksiya messencerin beta versiyasında “Android” cihazlar üçün istifadəyə verilib. 

Ucarliyiq.biz “The Verge” nəşrinə istinadən məlumat verir ki, videozənglərdən yalnız əlavənin yeni versiyasının sınaqlarında iştirak edən istifadəçilər yararlana bilirlər.

Nəşr bunun “WhatsApp” tərtibatçıları videozənglərin edilməsi funksiyasını istifadəyə verə və ya söndürə bilmələri ilə əlaqələndirir. Analoji yolla şirkət səsli zənglərin istifadəyə verilməsinə hazırlaşır.

Yenilənmədən sonra bu messencer “Skype”, “FaceTime”, “Hangouts” və “Facebook Messenger” üçün olduqca böyük təhlükə yaradacağı gözlənilir.