» » Lukaşenkonun prezidentliyə namizədliyi qeydə alındı

Lukaşenkonun prezidentliyə namizədliyi qeydə alındı

Lukaşenkonun prezidentliyə namizədliyi qeydə alındı

Seçkilər 2015-ci ilin oktyabr ayının 11-də keçiriləcək.

Aleksandr Lukaşenko Belarusda növbəti prezident seçkilərində namizədliyini qeydiyyatdan keçirib.

Mərkəzi seçki və respublikada referendumların keçirilməsi üzrə komissiya Belarus respublikasının prezidentliyinə namizəd kimi dörd nəfəri: Sergey Qaydukeviç, Tatyana Korotkeviç, Aleksandr Lukaşenko, Nikolay Ulaxoviçi qeydiyyatdan keçirmək barədə qərar qəbul edib, ucarliyiq.biz BELTA-ya istinadən xəbər verir.

Qeyd edək ki, Belarusda prezident seçkiləri 2015-ci ilin oktyabr ayının 11-də keçiriləcək.