» » İki azərbaycanlıya ömürlük həbs verildi

İki azərbaycanlıya ömürlük həbs verildi

İki azərbaycanlıya ömürlük həbs verildi

Rusiyanın Vladimir vilayət məhkəməsi iki azərbaycanlı barədə ömürlük həbs qərarı çıxarıb. Ucarliyiq.biz-ın lent.az-a istinadən məlumatına görə, Azad Məmmədov və Cəfər Mirzəyev bir neçə qətldə, dələduzluqda, qeyri-qanuni mənzil ələ keçirməkdə ittiham olunurlar.
Məlumata görə, 2009-cu ildə Azad Məmmədovun cinayətkar dəstə yaradaraq 4 il ərzində çoxsaylı qətl və mənzil mənimsəmələri törətməsi məhkəmə tərəfindən sübut olunub. Onun qurbanları isə əsasən kasıblar, xəstələr, alkoqoliklər imiş.