» » Polad Bülbüloğluna heykəl qoyuldu - FOTOLAR

Polad Bülbüloğluna heykəl qoyuldu - FOTOLAR

Polad Bülbüloğluna heykəl qoyuldu - FOTOLAR

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, SSRİ xalq artisti Polad Bülbüloğlunun Rusiyada heykəli qoyulub.

Xalq artistinin heykəli Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında ucaldılıb. Abidənin yaradıcısı Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri, məşhur heykəltaraş Zurab Tseretelidir.

Heykəlin təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, alim, əməkdar elm xadimi Akif Əlizadə, Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov, Rusiyanın və Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, aparıcı Hacı Nuran və bir çox xarici ölkələrin diplomatik nümayəndəlikləri iştirak ediblər.

Tədbirdə P.Bülbüloğlunun 15 yaşlı oğlu Murtuza Bülbül qonaqları təəccübləndirib. O səhnəyə çıxaraq, atasının mahnılarından ibarət popurini səsləndirən orkestrə drijorluq edib və sonra atasının mahnısını oxuyub.

Qeyd edək ki, Polad Bülbüloğlu heykəli Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında qoyulan ilk və yeganə azərbaycanlıdır.(baku.ws)