» » At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub

At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub

At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub

İsmayıllı rayonunda atların kəsilməsi, ətlərin Bakı şəhərinə aparılması ilə məşğul olan şəxslər tutulub. Ucarliyiq.biz-ın apa.az istinadən xəbərinə görə, İsmayıllı rayon Polis Şöbəsinin və İsmayıllı rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən anonim məlumat əsasında birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı və İsmayıllı sakinləri rayonun Mican kəndi ərazisində, çay kənarında gizlin şəkildə antisanitariya şəraitində 10 baş atı kəsərkən saxlanılıblar.

Müəyyən olunub ki, Bakı sakini Novruzov Süleyman Əziz oğlunun sifarişi ilə İsmayıllı sakini Ziriyev Vüqar Təşkilat oğlu və Bakı sakini Cəfərov Mahal Şamil oğlu tərəfindən İmişli rayonu Ağaməmmədli kəndi ərazisindən 10 baş at tədarük olunaraq "QazEL" markalı yük avtomobili ilə İsmayıllı rayonuna gətirilib.

İsmayıllıda heyvanlar qeyri-qanuni şəraitdə kəsilərək onların əti rayonun İsmayıllı kənd sakini İbrahimov Pünhan Mürsəl oğlunun həyətinə gətirilib. Sonra 400 kiloqram at əti satış məqsədilə minik avtomobili vasitəsilə Bakı şəhərinə göndərilib, qalan 400 kiloqram ət isə həmin ərazidə saxlanılıb. Bakının giriş hissəsində avtomobil saxlanılaraq at əti müsadirə olunub və müayinə olunmaq üçün Respublika Dövlət Baytarlıq Laboratoriyasına göndərilib. Laborator müayinələrdən sonra heyvan qidası üçün yararlı olduğuna görə, at əti Bakı Heyvanat Parkına göndərilib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub
At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub
At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub

Hadisə
Baxılıb: 19
Tarix: 18 may 2016
Facebookda Paylaş
DİGƏR MARAQLI XƏBƏRLƏR
At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub

Dindar gənc: "Söyüş söydü, mən də öldürdüm"

18 may
At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub

14 yaşlı qız evdən qaçıb

18 may
At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub

İki azərbaycanlıya ömürlük həbs verildi

18 may
At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub

Iki avtobus toqquşdu: ölən var - Bakıda - VİDEO

18 may
At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub

Metroda güclü yanğın - SON DƏQİQƏ

18 may
At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub

Jurnalistin evini soydular

18 may
At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub

Bakıda - Mikroavtobus yandı

17 may
At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub

Metroda dava: oğlan qızları yumruqladı - FOTO - VİDEO

17 may
At eti satan şəxslər tutulub- 800 kq et müsadirə olunub

Bakıda qəza törədən qadın qaçdı

16 may Add advertisement