» » Erməni polkovnikinə qarşı ittihamlar irəli sürüldü

Erməni polkovnikinə qarşı ittihamlar irəli sürüldü

Erməni polkovnikinə qarşı ittihamlar irəli sürüldü

O, günahını etiraf edib.

Ermənistan silahlı qüvvələrinin silahlanma üzrə avtomobil xidməti idarəsinin rəisi, polkovnik David Abramyana qarşı ittiham irəli sürülüb.  

Ucarliyiq.biz erməni KİV-nə istinadən xəbər verir ki, o, günahını etiraf edib.

İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, David Abramyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 3-cü bəndinə (hakimiyyətdən sui-istifadə və ya böyük maddi zərərə səbəb olan fəaliyyətsizlik) əsasən ittiham irəli sürülüb.

İstintaqın gedişatında David Abramyan ifadə verərək günahını etiraf edib, vurulan zərəri bərpa edib. Müstəntiq onun müvəqqəti olaraq səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul edib. 

David Abramyan mayın 11-də saxlanılıb.