» » Türkiyə vizasız rejim naminə, Avropa İttifaqı ilə güzəştə getməyəcək

Türkiyə vizasız rejim naminə, Avropa İttifaqı ilə güzəştə getməyəcək

Türkiyə vizasız rejim naminə, Avropa İttifaqı ilə güzəştə getməyəcək

“Biz borclu olduğumuzdan daha çox şey etmişik”.

Türkiyə, Ankara ilə viza rejimini ləğv etmək üçün türk terror əleyhinə qanunvericiliyini nəzərdən keçirməyi şərt qoyan Avropa İttifaqına güzəştə getməyəcək.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib.

“Biz (vizanın ləğv edilməsi üçün) vəd edildiyi kimi, 72 bəndi yerinə yetirmişik. İndi isə Aİ bizim terrorizmlə mübarizəyə yanaşmamızı dəyişməyimizi istəyir. Bu məsləhətlər Aİ-nin Türkiyədə nə baş verdiyi barədə pis təsəvvürünün olmasını göstərir. Bu məsləhətlərin qəbul edilməsi, terrorizmi dəstəkləmək demək olmasa da, onun təşviq edilməsi, terrorçular üçün öz mövqelərini möhkəmləndirmək üçün imkan yaratmaq deməkdir. Biz buna gedə bilmərik, bu barədə söhbət ola bilməz”, - Kalın Ankarada brifinqdə bildirib.

O, Türkiyənin Aİ ölkələri ilə uzun müddətdir ki, vizasız rejimə keçə bilmədiyindən narazılıq bildirib.

“NATO-ya üzv olan, bir çox Avropa proseslərində iştirak edən Türkiyə kimi bir ölkə, artıq çoxdan vizasız rejim ala bilərdi, bunun olmamasına isə biz yox, Avropa İttifaqı səbəbkardır”, - Kalın deyib.

Onun sözlərinə görə, Ankara miqrasiya sazişi üzrə öhdəliklərini yerinə yetirir, bunun nəticəsində Aİ-yə gələn qanunsuz miqrantların sayı gündə 6000-dən 10-20 nəfərə qədər azalıb.

“Avropa müəyyən mənada azad nəfəs alıb. Biz borclu olduğumuzdan daha çox şey etmişik. Amma indiyə qədər heç bir yumşaqlıq görmürük. Bizim indiyə qədər 3 milyon qaçqınımız var, biz vəd edilmiş üç milyard avronu almamışıq, Avropada isə bu pulların qaçqınlar üçün yox, Türkiyə büdcəsinə xərclənəcəyinə dair fikir var”, - Türkiyə prezidentinin mətbuat katibi bildirib.