» » Cəlilabadda ağır qəza - Ölən var

Cəlilabadda ağır qəza - Ölən var

Cəlilabadda ağır qəza - Ölən var

Сəlilabadda ağır yol qəzası baş verib.

Ucarliyiq.biz atv.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistiralının 147-ci km-də,yolun Cəlilabad rayonundan kaçən hissəsində qeydə alınıb. Masallı rayon sakini Sirac Ağayev "Mercedes" markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Ucar sakini Daşqın Bünyatovun idarə etdiyi Çay daşı ilə dolu yük avtomobinə çırpılıb.

Qəzanın təsirindən yük maşını yoldan çıxaraq ətrafdakı iri gövdəli ağaca çırpılıb. Hadisə zamanı minik avtomobilinin sürücüsü Sirac Ağayev dünyasını dəyişib. Yük maşınının sürücüsü isə xəsrət alıb. İlkin ehtimala görə, qəzaya səbəb "Mercedes"in yük maşınının yoluna çıxması olub. Qəzanın baş verməsinin dəqiq təfərrüatları aparılan istintaq nəticəsində müəyyənləşəcək.