» » BƏƏ-də qadını ərinin telefonuna görə deportasiya etdilər

BƏƏ-də qadını ərinin telefonuna görə deportasiya etdilər

BƏƏ-də qadını ərinin telefonuna görə deportasiya etdilər

Təqsirləndirilən şəxs ərəb əsilli ekspatdır.

Birləşmiş Ərəb Əmirliklərində qadın ərinin telefonun yoxlayaraq onun şəxsi həyatının gizliliyini və kibercinayət haqqında qanunu pozduğu görə cərimə olunaraq ölkədən deportasiya edilib, Ucarliyiq.biz BBC-yə istinadən xəbər verir.

Yerli KİV yazır ki, qadın ərindən şübhələndiyi üçün onun telefonunu yoxlayıb. Lakin sonradan ər bu hərəkətə görə arvadından polisə şikayət edib.

Məhkəmə zamanı qadın ərinin icazəsi olmadan onun telefonundan istifadə etdiyini və müxtəlif şəkilləri öz mobil telefonuna göndərdiyini etrif edib.

Qeyd olunur ki, təqsirləndirilən şəxs ərəb əsilli ekspatdır. Deportasiyadan əlavə, o 150 min dirhəm (28 min avro) məbləğində cərimə olunub.