» » ​Azərbaycan təyyarəsi qəzaya uğrayıb: Ölənlər var

​Azərbaycan təyyarəsi qəzaya uğrayıb: Ölənlər var

​Azərbaycan təyyarəsi qəzaya uğrayıb: Ölənlər var

Heyət üzvlərindən ikisinin vəziyyəti ağırdır, digərləri həyatlarını itirib.
Qeyri-dəqiq məlumata görə, Əfqanistanın Gilmənd əyalətində Əfqanistan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından ucarliyiq.biz-a verilən məlumata görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur.
Əldə olunan məlumata əsasən, heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.
İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunurdu. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.
Komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq.
22:20
Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
oxu.az xəbər verir ki, təyyarə pilotlarının yaxınlarının -a verdiyi xəbərə görə, qəza bir neçə saat öncə "AN-12" tipli yük təyyarəsi Əfqanıstandan havaya qalxdıqdan sonra baş verib.
Heyət üzvlərindən ikisinin vəziyyəti ağırdır, digərləri həyatlarını itirib. 
Yaralıların Ukrayna vətəndaşları olduğu bildirilir.