» » Qadınlarla intim əlaqəsini videoya çəkən gəncə hökm oxundu – FOTO

Qadınlarla intim əlaqəsini videoya çəkən gəncə hökm oxundu – FOTO

Qadınlarla intim əlaqəsini videoya çəkən gəncə hökm oxundu – FOTO

O, qadınlardan ümumilikdə 3000 manata yaxın pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 29 yaşlı Anar Məmmədovun (1986-cı il təv.) CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 182.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb. 

ucarliyiq.biz xəbər verir ki, ittiham aktına əsasən, Anar Məmmədov ötən il iki qadınla eyni vaxtda sevgili olub. Tanış olduğu Günel adlı qadınla bir evdə yaşayıb, eyni zamanda Türkanə adlı qızla da sevgili olub.

Onlarla cinsi əlaqədə olduqda görüntüləri mobil telefona çəkib və sentyabr-oktyabr aylarında həmin videoları internetdə yayacağı ilə hədələyərək qadınlardan ümumilikdə 3000 manata yaxın pul alıb. Məmmədov zərərçəkənlərin şikayətləri əsasında şübhəli şəxs qismində saxlanılıb və istintaqa təqdim olunub. Dindirmə zamanı o, heç kimi şantaj etmədiyini və qızlardan pulu borc aldığını bildirib, lakin sonradan təkzibolunmaz faktların qarşısında aciz qalaraq əməlini etiraf edib. İstintaqın gedişatında o, qadınlara dəyən maddi ziyanı ödəyib.

Məhkəmə prrosesində də A.Məmmədov ittiham üzrə özünü təqsirli bilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkən Günel keçmiş sevgilisinin həbs edilməsini istəmədiyini, Türkanə isə Anar Məmmədovdan şikayətçi olmadığını bildirib. Təqsirləndirilən şəxsin vəkili çıxış edərək dəyən ziyanın ödənildiyini və Məmmədova şərti cəza çıxarılmasını xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qadınlarla intim əlaqəsini videoya çəkən gəncə hökm oxundu – FOTO

Qadınlarla intim əlaqəsini videoya çəkən gəncə hökm oxundu – FOTO

C.H.