» » Aralıq dənizi üzərində təyyarə itdi

Aralıq dənizi üzərində təyyarə itdi

Aralıq dənizi üzərində təyyarə itdi

Airbus-un göyərtəsində 58 sərnişin və 10 ekipaj üzvü olub.

Parisdən Qahirəyə uçan Egyptair şirkətinə məxsus sərnişin təyyarəsi Aralıq dənizi üzərində itib.

Ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, Misirin Al Wafd portalının məlumatına görə, təyyarə Yunanınstanın hava məkanına girdikdən 20 dəqiqə sonra yoxa çıxıb.

EgyptAir öz Twitter səhifəsində təyyarənin itməsi faktını təsdiqləyib. Əvvəlcə aviaşirkət təyyarənin radarların ekranından itməsi anında Misirin hava məkanından 80 mil (128 km) məsafədə və 11 min metr hündürlükdə olub.

Daha sonra EgyptAir dəqiqləşdirib ki, layner Misirin hava məkanında itib.

Mayın 18-də Paris vaxtı ilə 23:09-da “Şarl de Qoll” hava limanından uçan MS804 reysinin göyərtəsində 58 sərnişin və 10 ekipaj üzvü olub.

Misirin CBC telekanalının Twitter səhifəsində bildirilir ki, Misir və Yunanıstanın hərbi aviaviasiyası Aralıq dənizi üzərində itmiş təyyarənin axtarışına başlayıblar.

Bundan başqa, qeyd olunur ki, Misirin mülki aviaasiya naziri Şərif Fəthi Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfərini yarımçıq qoyaraq, Vətəninə qayıdıb.