» » Banka hücum edən şəxs öldürüldü

Banka hücum edən şəxs öldürüldü

Banka hücum edən şəxs öldürüldü

Rusiyada "Moskva kredit" bankında girov götürülən bütün əməkdaşlar azad edilib.

Ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, xüsusi xidmət orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində bankın ofisində 6 nəfəri girov götürmüş şəxs öldürülüb.

Cinayətkar binanın minalandığını bildirib və böyük məbləğdə pul tələb edib.

Bank ofisinə doğru gedən bütün yollar bağlanıb, ofis mühasirəyə alınıb.