» » İstirahət Mərkəzində iki nəfəri bıçaqladı - Azərbaycanda

İstirahət Mərkəzində iki nəfəri bıçaqladı - Azərbaycanda

İstirahət Mərkəzində iki nəfəri bıçaqladı - Azərbaycanda

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən 1980-cı il təvəllüdlü Nahid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

qafqazinfo-nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Adil İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror, təqsirləndirilən Nahid Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

N.Əliyevin vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Məhkəmə prosesi mayın 24-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2015-ci ilin sentyabr ayında baş verib. Sentyabrın 13-də saat 03:30 radələrində Tbilisi prospektində yerləşən "Qala" Ticarət Mərkəzinin salonunda Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü Nahid Əliyev mübahisə zəminində Xırdalan şəhər sakini, 1980-ci il təvəllüdlü Rasim Hüseynovu və Zaur Rzayevi bıçaqlayıb.