» » “EgyptAir” yunan adası Karpatosun yaxınlığında dənizə düşüb

“EgyptAir” yunan adası Karpatosun yaxınlığında dənizə düşüb

“EgyptAir” yunan adası Karpatosun yaxınlığında dənizə düşüb

Təyyarədə 66 nəfər olub.

“EgyptAir” şikətinin A320 təyyarəsi yunan adası Karpatosun yaxınlığında dənizə düşüb.

ucarliyiq.biz - in məlumatına görə, bu barədə “France-Press” agentiyi yunan aeroportundakı mənbəsinə istinadən xəbər verir.

“EgyptAir” şirkətinin təyyarəsi yunan adası Kapatosun yaxınlığında Yunanıstanın hava məkanında qəzaya uğrayıb”, - agentliyin məlumatında deyilir.

“EgyptAir” aviaşirkətinə məxsus MS804 reysi ilə Parisdən Qahirəyə uçan sərnişin təyyarəsi radarlardan itib. Təyyarənin göyərtəsində 66 nəfər olub.

Təyyarə “Şarl-de-Qoll” aeroportundan səmaya qalxıb. “EgyptAir” aviaşirkəti əməliyyat qərargahı yaradıb, bura itən təyyarə ilə vəziyyəti təqib etmək üçün bütün aviasiya xidmətlərinin nümayəndələri daxil edilib.