» » Camaata 450 min atan qadın... - Azərbaycanda

Camaata 450 min atan qadın... - Azərbaycanda

Camaata 450 min atan qadın... - Azərbaycanda

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin qardaşı şahid qismində ifadə verib.

Allahverdi Babaşov bildirib ki, zərərçəkmiş Əli Şahin Kamal oğlunu tanıyır: "O ev almaq istədiyini dedi, mən də bunu Aygünə dedim. Başqa heç nə bilmirəm".

Məhkəmənin növbəti prosesi mayın 26-na təyin edilib.

Qeyd edək ki, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək onlarla birlikdə biznes qurmaq adı ilə ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib.(qafqazinfo)