» » Təyyarənin qəzaya uğraması terror aktıdırmı? - AÇIQLAMA

Təyyarənin qəzaya uğraması terror aktıdırmı? - AÇIQLAMA

Təyyarənin qəzaya uğraması terror aktıdırmı? - AÇIQLAMA

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinə hərbi müdaxilə olmayıb.

Ucarliyiq.biz apa.az-a istinadən bildirir ki, bu barədə Əfqanıstandakı ABŞ rəsmisi deyib.

O qeyd edib ki, təyyarə mayın 18-də yerli vaxtla saat 2:30-da havaya qalxarkən qanadlarından biri uçuş zolağına sürtünüb.

ABŞ rəsmisi əlavə edib ki, "SilkWay" şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb. Onun sözlərinə görə, Helmand vilayətindəki Kamp Duayer hərbi aerodromundan qalxarkən təyyarənin göyərtəsində 9 nəfər olub, sağ qalan 2 nəfər tibbi yardım üçün Qəndahar aerodromuna gətirilib.

Bəzi məlumatlara görə, qəza təyyarənin mühərrikinin sıradan çıxması nəticəsində baş verib.