» » Ərdoğan Aİ ilə readmissiya haqqında sazişi təsdiqlədi

Ərdoğan Aİ ilə readmissiya haqqında sazişi təsdiqlədi

Ərdoğan Aİ ilə readmissiya haqqında sazişi təsdiqlədi

Bu razılaşma viza rejiminin ləğv edilməsi üçün əsas şərtlərdən biridir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şengen zonası ölkələri ilə viza rejiminin ləğv edilməsi üçün lazım olan readmissiya haqqında Aİ ilə bağlanmış razılaşmanı ratifikasiya edib.

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyə liderinin dəftərxanası məlumat yayıb.

Razılaşma rəsmi hökumət xəbərlərində dərc edildiyi andan qüvvəyə minəcək. Daha öncə parlament tərəfindən təsdiqlənmiş qanun, Aİ və Türkiyə ərazisində qanunsuz yaşayan şəxslərin təhvil verilməsini nəzərdə tuturdu.

Həmçinin bu proses üzrə məsələlərin həlli üçün readmissiya üzrə komitə yaradılacaq.

Bu razılaşma viza rejiminin ləğv edilməsi üçün əsas şərtlərdən biridir. Vizaları martın 18-də Brüsseldə Türkiyə-Aİ sammitində əldə edilmiş müqaviləyə əsasən, iyulun 1-nə qədər ləğv etmək ehtimal edilirdi.

Mayın 3-də Türkiyədə Şengen zonası ölkələri üçün viza məhdudiyyətinin ləğv edilməsi haqqında qanun qüvvəyə minib. Amma hökumətin müvafiq qərarının mətnində bu tədbirin faktiki olaraq “rəsmi hökumət xəbərlərində dərc edildiyi andan qüvvəyə minəcəyi” bildirilib.