» » Hakim dəhşətə gəldi: "Sibel Canın anasıyla arasında 5 yaş fərq var?"

Hakim dəhşətə gəldi: "Sibel Canın anasıyla arasında 5 yaş fərq var?"

Hakim dəhşətə gəldi: "Sibel Canın anasıyla arasında 5 yaş fərq var?"

31 il əvvəl yaşını 6 il böyüdən Sibel Can həqiqi yaşını geri qaytarmaq üçün məhkəməyə müraciət edib.
Ucarliyiq.biz turaninfo.az-a istinadən xəbər verir ki, İstanbul hüquq məhkəməsində keçirilən ilk prosesə Sibel Canın dayısı Ünal Babacan da qatılıb. Məhkəmədə şahid olaraq dinlənilən Babacan bildirib ki, ailəsi o dövr bir kazinoda səhnəyə çıxması üçün məhkəməyə müraciət edərək müğənninin yaşını böyütdürüb: "Sibel Canın 1970-ci il təvəllüdlü olduğunu qətiliklə bilirəm. Yaşı kiçik olduğu üçün qanuni olaraq səhnəyə çıxması qadağan idi. Ailəsi doğum tarixini 1964 olaraq düzəltdirmişdi".
Məhkəmə hakimi də "Sibel Canın anasıyla arasında 5 yaş fərq var. İllər əvvəl bunu necə ediblər?"-, deyə üsyan edib.
Hakim müğənninin ibtidai sinif sənədlərini tələb edərək məhkəmə prosesini təxirə salıb.