» » İngilis qız iki illik intim münasibətdən sonra “boyfriend”inin qız olduğunu öyrənib

İngilis qız iki illik intim münasibətdən sonra “boyfriend”inin qız olduğunu öyrənib

İngilis qız iki illik intim münasibətdən sonra “boyfriend”inin qız olduğunu öyrənib

Qızlar Facebook-da ünsiyyətdən sonra qarşılaşıblar.

Maraqlı və məzəli əhvalat İngiltərə sakini olan 25 yaşlı qadının məhkəməyə müraciət etməsinə səbəb olub, onun adı istintaq maraqlarına görə açıqlanmır.  

ucarliyiq.biz “Pravda”ya istinadən xəbər verir ki, o, Çester şəhərinin Kral məhkəməsinə, Geyl Nyulend adlı qızı çoxsaylı zorlama faktlarında ittiham edərək şikayət edib. İddiaçı Nyulend ilə artıq iki ildir ki, tanışdır, amma yalnız bu yaxınlarda onun qadın olduğunu öyrənib.

Qızlar Facebook-da ünsiyyətdən sonra real həyatda görüşüblər, Nyulend özünü Kay Fortun kimi təqdim edib.

Onların arasında romantik münasibətlər yaranıb. Telefon zəngləri zamanı səsinin yüksək olmasını Nyulend Asiya-Filippin mənşəli olması ilə izah edib.

İlk intim münasibət Çesterin otellərinin birində baş tutub və Nyulend heç nədən şübhələnməyən sevgilisindən gözübağlı gəlməsini xahiş edib. Bu xahişin səbəbini isə beyin xərçəngindən müalicə keçdiyi üçün çoxsaylı çapıqlarının olması ilə izah edib, London Independent bildirib.

Cütlüyün münasibəti, o cümlədən cinsi münasibəti iki ilə yaxın davam edib, və bütün bu müddət ərzində sadəlövh ingilisin “boyfriend”i intim mağazadan aldığı alətdən istifadə edib.

Nəhayət, o dözməyib və gözündəki sarğını açmaq qərarına gəlib. Bütün bu müddət ərzində aldandığını aşkar edən ingilis qadın, Nyulendin gözəl qulluğuna, üzük almasına və özünü kişi kimi qələmə verərək onunla evlənməyə söz verən şəxsi çoxsaylı zorlama faktlarında ittiham edərək məhkəməyə müraciət edib.

İddiaçı böyük mənəvi travma aldığını bildirib, amma bunun müalicəsi üçün həkimə müraciət edə bilmir, çünki başına gələnlərdən danışmağa utanır. Məhkəmənin hansı qərar qəbul edəcəyi yaxın günlərdə məlum olacaq.