» » İnternetdə Misir təyyarəsinin qəza anının əks olunduğu ehtimal edilən video yayılıb

İnternetdə Misir təyyarəsinin qəza anının əks olunduğu ehtimal edilən video yayılıb

İnternetdə Misir təyyarəsinin qəza anının əks olunduğu ehtimal edilən video yayılıb

Fransa prezidenti A320 təyyarəsinin qəzaya uğradığını təsdiq edib.

İnternetdə Misirin “EgyptAir” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin qəzaya uğrama anının əks olunduğu ehtimal edilən video yayılıb. 

Ucarliyiq.biz xəbər verir ki, qaranlıq saatlarında çəkilən kadrlarda işıq qığılcımı görünür. Hələlik videonun həqiqiliyi təsdiqlənməyib.

Xatırladaq ki, “EgyptAir” aviaşirkətinin A320 təyyarəsi Parisdən Qahirəyə uçurdu. Misir paytaxtının Beynəlxalq aeroportunda onu yerli vaxt ilə saat 03.05-də (Moskva vaxtı ilə 04.05) gözləyirdilər. Amma təyyarə Misir sahillərindən təxminən 280 km məsafədə olarkən radarlardan itib.

Misirin Aviasiya Nazirliyinin məlumatına görə, hərbçilər təyyarənin göyərtəsində olan qurğudan saat 04:26-da (Moskva vaxtı ilə saat 04.26) siqnal alıblar. Fransa prezidenti Fransua Olland A320 təyyarəsinin qəzaya uğradığını təsdiq edib.

Son məlumata görə, təyyarədə 12 dövlətdən 56 sərnişin, eləcə də 10 nəfər heyət üzvü olub.