» » Kütləvi oğurlurq - BAKIDA

Kütləvi oğurlurq - BAKIDA

Kütləvi oğurlurq - BAKIDA

Paytaxtda baş verən bir neçə oğurluq hadisəsinin üstü açılıb.Ucarliyiq.biz DİN-nin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 34-cü və 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-16-da paytaxt sakinləri İ.Xanverdiyevaya, E.Kərimova və H.Həsənova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı, ərzaq məhsulları və məişət əşyaları oğurlamış Gəncə şəhər sakini Nikolay Mirasliçenko, Ağdaş rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Şahmurad Xudaverdiyev və Validə Məmmədova tutulublar.

Mayın 18-nə keçən gecə isə Abşeron rayonunun Mehdiabad qəsəbəsində Bakı şəhər sakini Vüqar Abbasova məxsus mağazadan pəncərədən girmək yolu ilə 9 ədəd mobil telefon oğurlanıb.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi Orxan Hacıyev tutulub.

Digər oğurluq hadisəsi isə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 17-də Bakı şəhər sakini Gülnarə Şahverdiyevaya məxsus evdən 300 manat pul və qızıl əşyalar oğurlamış Beyləqan rayon sakini İlkin Muxtarlı saxlanılıb.