» » Gecə klubunda əyləndi, çıxarkən... - BAKIDA

Gecə klubunda əyləndi, çıxarkən... - BAKIDA

Gecə klubunda əyləndi, çıxarkən... - BAKIDA

Ötən gecə Bakıda quldurluq hadisəsi baş verib. Ucarliyiq.biz lent.az-a istinadən məlumatına görə, paytaxtda fəaliyyət göstərən gecə klublarından birində istirayət edən gənc hesabı ödəyib çıxarkən hücuma məruz qalıb. Polis quldurluqda şübhəli bilinənləri qısa zamanda həbs edə bilib.

Nizami rayon Polis İdarəsinin əməliyyatçıları Bakı sakini Vasif Namazova qarşı quldurluq etməkdə şübhəli bilinən 4 nəfəri yaxalayıb.

İşi araşdıran müstəntiq Tural Hüseynov deyib ki, Keşlə qəsəbə sakinləri 23 yaşlı Elvin Abbaszadə, həmyaşıdları Vahid Şirinov, Şahin Kərimov və Füzuli rayon sakini 25 yaşlı Rəşad Məhərrəmovla birlikdə gecə klubunda istirahət edən zaman Vasif Namazovun ofisianta hesab verməsini görüblər. Namazov pulu cibindən çıxaranda Rəşad Məhərrəmov onda kifayət qədər pulun olduğunu müşahidə edib.

Saxlanılaraq istintaqa təhvil verilən 23 yaşlı Elvin Abaszadə ilə Şahin Kərimov quldurluq hadisəsində iştirak etmədiklərini bildiriblər.

Elvinlə Şahinin cinayətdə iştirak etməməsini Keşlədəki avtoyuma məntəqələrindən birində yuyucu işləyən Vahid Şirinov da təsdiqləyib. Şirinovun sözlərindən bəlli olub ki, zərərçəkmişə yaxınlaşan onunla Rəşad olub.

Zərərçəkmiş ərizəsində cibindən 800 manat pulun aparıldığını bildirib.

Zərərçəkmişin pulunu götürəndən sonra Rəşad Məhərrəmov doğulduğu Füzuli rayonuna qaçıb.

Faktla əlaqədar Nizami rayon polis idarəsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb.