» » Sərxoş sürücü ağır qəza törətdi: 1 ölü, 6 yaralı

Sərxoş sürücü ağır qəza törətdi: 1 ölü, 6 yaralı

Sərxoş sürücü ağır qəza törətdi: 1 ölü, 6 yaralı

Bu gecə Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Sonxeber,az-ın lent.az-a istinadən məlumatına görə, Kəpəz rayonunun Üzeyir Hacıbəyov küçəsində 1986-cı il təvəllüdlü Sirac Abdullayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobil maneəyə çırpılıb. Nəticədə ağır xəsarət alan sürücü xəstəxanada ölüb. Daha 6 nəfər isə yaralanıb. Yaralılardan ikisi qadındır.

Bildirilir ki, qəzaya avtomobilin sərxoş sürücü tərəfindən yüksək sürətlə hərəkət etməsi səbəb olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.