» » Sarkisyan Medvedev ilə danışıqlarda

Sarkisyan Medvedev ilə danışıqlarda

Sarkisyan Medvedev ilə danışıqlarda

Yerevanda Avrasiya Hökumətlərarası Şurasının iclası keçiriləcək.

Ermənistan prezidenti Serj Sarkisyan öz iqamətgahında Rusiyanın baş naziri Dmitri Medvedevi qəbul edib.

Ucarliyiq.biz “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Twitter səhifəsində Ermənistan prezidentinin mətbuat katibinin müavini Narek Nikoqosyan yazıb.

Sarkiyan və Medvedev arasında təkbətək söhbət olub. Ermənistan prezidentinin administrasiyası görüşün təfərrüatlarını bir qədər sonra dərc edəcək.

Xatırladaq ki, Yerevanda Avrasiya Hökumətlərarası Şurasının iclası keçiriləcək. İclasın gedişatında inteqrasiya üzrə qarşılıqlı fəaliyyətə dair məsələlərin müzakirəsi planlaşdırılır.