» » Erməni deputat: Sarkisyan əraziləri təslim etməyə hazırdır

Erməni deputat: Sarkisyan əraziləri təslim etməyə hazırdır

Erməni deputat: Sarkisyan əraziləri təslim etməyə hazırdır

“O, Ermənistanın təhlükəsizliyinə ən böyük təhdiddir”.

Ermənistanın və Qarabağın təhlükəsizliyinə ən böyük təhdid əraziləri qaytarmağa hazır olan prezident Serj Sarkisyandır.

Ucarliyiq.biz Armtoday-a istinadən xəbər verir ki, bu barədə erməni parlamentinin “İrs” partiyasından olan üzvü Zarui Postancyan bildirib.

Onun sözlərinə görə, Serj Sarkisyanın erməni tərəfinin cəmi 800 hektar ərazi itirməsi barədə bəyanatı ondan xəbər verir ki, Ermənistan əraziləri bundan sonra da təslim etməyə hazırdır.

Postancyan vurğulayıb ki, 800 hektar ərazinin itirilməsi “Qarabağın təhlükəsizliyini sarsıdıb, itkilər arasında isə bir kənd var”.