» » Medvedev: Rusiya Qarabağ münaqişəsinin həllinə kömək edəcək – YENİLƏNİB

Medvedev: Rusiya Qarabağ münaqişəsinin həllinə kömək edəcək – YENİLƏNİB

Medvedev: Rusiya Qarabağ münaqişəsinin həllinə kömək edəcək – YENİLƏNİB

“Şübhə etməyə bilərsiniz”.

Əldə olunmuş atəşkəsin qorunması vacibdir.

Ucarliyiq.biz erməni KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev Ermənistan prezidenti Serj Sarkisyanla görüşdə Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə Vyana görüşündən danışarkən bildirib.

Medvedevin sözlərinə görə, onun ölkəsi Vyanada Azərbaycan prezidenti ilə keçirilən görüşü, həmçinin Minsk qrupu çərçivəsində gələcəkdə bu cür insidentlərə yol verməyərək (aprel döyüşləri – red.) dialoqu və ünsiyyəti saxlamaq üçün göstərilən səyləri alqışlayır.

“Şübhə etməyə bilərsiniz, Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edib və edəcəkdir. İndi isə biz sizinlə bu məsələ ilə bağlı olan hər bir şeyi müzakirə edəcəyik”, - deyə, Rusiyanın Baş naziri bildirib.

12:40

Ermənistan prezidenti Serj Sarkisyan öz iqamətgahında Rusiyanın baş naziri Dmitri Medvedevi qəbul edib.

Ucarliyiq.biz “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Twitter səhifəsində Ermənistan prezidentinin mətbuat katibinin müavini Narek Nikoqosyan yazıb.

Sarkiyan və Medvedev arasında təkbətək söhbət olub. Ermənistan prezidentinin administrasiyası görüşün təfərrüatlarını bir qədər sonra dərc edəcək.

Xatırladaq ki, Yerevanda Avrasiya Hökumətlərarası Şurasının iclası keçiriləcək. İclasın gedişatında inteqrasiya üzrə qarşılıqlı fəaliyyətə dair məsələlərin müzakirəsi planlaşdırılır.