» » Ukrayna "Eurovision – 2017"dən imtina edəcək?

Ukrayna "Eurovision – 2017"dən imtina edəcək?

Ukrayna "Eurovision – 2017"dən imtina edəcək?

Ukrayna "Eurovision – 2017" mahnı müsabiqəsindən imtina edə bilər.

Bu barədə ölkənin maliyyə naziri Aleksandr Daniluk məlumat verib.

Nazir müsabəsində qeyd edib ki, Ukraynanın yarışmanı keçirmək üçün maddi vəsaiti yoxdur:

"Mahnı müsabiqəsi ikinci yer tutan ölkəyə ötürülə bilər. Ukraynanın yetərincə vəsaiti yoxdur. Ötən il yarışmanı təşkil edən ölkə 35 milyon dollar xərcləyib. Bu faktdır. Bizim isə 10 milyon dollar maddi vəsaitə gücümüz çatır".

Qeyd edək ki, Ukrayna yarışmada 534 balla birinci, Avstraliya 511 xalla ikinci olmuşdu.(qafqazinfo)