» » “An-12” təyyarəsində yaralanan ukraynalıların vəziyyəti sabitləşib

“An-12” təyyarəsində yaralanan ukraynalıların vəziyyəti sabitləşib

“An-12” təyyarəsində yaralanan ukraynalıların vəziyyəti sabitləşib

“Hazırda repartasiya ilə bağlı məsələlər həll edilir”.

Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus “An-12” təyyarəsinin mayın 18-də Dvayer aeroportunda (Əfqanıstanın Hilmend vilayəti) qəzaya uğraması nəticəsində yaralanan iki Ukrayna vətəndaşının vəziyyəti sabitləşib.

Onların hər ikisi Qəndəhar vilayətindəki hərbi hospitaldadırlar.

Ucarliyiq.biz İnterfaksa istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin konsulluq xidməti departamenti məlumat yayıb.

“Ukraynanın eyni zamanda Əfqanıstanda fəaliyyət göstərən Tacikistandakı səfirliyinin məlumatına görə, Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus “An-12” təyyarəsinin mayın 18-də Dvayer aeroportunda (Əfqanıstanın Hilmend vilayəti) qəzaya uğraması nəticəsində yaralanan iki Ukrayna vətəndaşının vəziyyəti sabitləşib.

Onlar Qəndəhar vilayətindəki hərbi hospitaldadırlar”, - Facebook səhifəsində dərc edilmiş məlumatda deyilir.

Hazırda həmin iki şəxsin və hadisə zamanı həlak olmuş bir Ukrayna vətəndaşının ölkəsinə aparılması ilə bağlı məsələlər həll edilir.

Ukraynanın eyni zamanda Əfqanıstanda fəaliyyət göstərən Tacikistandakı səfirliyi və Ukrayna XİN-in konsulluq xidməti departamenti xəsarət alan ukraynalı pilotların ailələri ilə əlaqədardır.

Xatırladaq ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si (o cümlədən bir Ukrayna vətəndaşı) həlak olub və iki nəfər (Ukrayna vətəndaşları) sağ qalıb.