» » Yanacaqdoldurma məntəqəsinə saxta əskinas verib qaçdı

Yanacaqdoldurma məntəqəsinə saxta əskinas verib qaçdı

Yanacaqdoldurma məntəqəsinə saxta əskinas verib qaçdı

İsmayıllı rayonunda yanacaqdoldurma məntəqəsinə saxta əskinas verən şəxs tutulub.

Bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Belə ki, bu il martın 20-də İsmayıllı rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində operator işləyən şəhər sakini Asif Mirzəzadə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək martın 18-də "VAZ-21015" markalı avtomobilin naməlum sərnişininin saxta 50 manatlıq əskinas verərək 10 manatlıq yanacaq doldurmasını və ona 40 manat pul qaytarmasını bildirib.
İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Asim Süleymanov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 19-da rayon sakini R.Nuriyevə məxsus "VAZ-21011" markalı avtomobili qaçırması da müəyyən edilib. (milli.az)