» » Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq

“Ukrayna böhranının nizamlanması üzrə Minsk razılaşması hələ də yerinə yetirilməyib”.

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini altı ay uzatmaq niyyətindədir.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Bloomberg” məlumat yayıb.

Avropanın altı məmurunun məlumatına görə, “Ukraynanın şərqində hərbi əməliyyatların tamamən dayandırılmasına dair uğursuz cəhdlər fonunda” Aİ ölkələri sanksiyaların müddətini uzatmaq fikrindədir.

Daha öncə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Rusiyaya qarşı sanksiyaların müddətinin iyula qədər uzadılması təklifini irəli sürmüşdü.

O, öz təklifini Ukrayna böhranının nizamlanması üzrə Minsk razılaşmasının hələ də yerinə yetirilməməsi ilə izah etmişdi. Bununla yanaşı o, münaqişənin həllinin yalnız Moskvadan deyil, eləcə də Kiyevdən asılı olduğunu vurğulamışdı.