» » A320 təyyarəsinin sərnişinlərindən birinin meyitinin parçası tapıldı

A320 təyyarəsinin sərnişinlərindən birinin meyitinin parçası tapıldı

A320 təyyarəsinin sərnişinlərindən birinin meyitinin parçası tapıldı

Yunanıstanın müdafiə naziri məlumat yayıb.

Misirin müvafiq strukturları “EgyptAir” şirkətinin qəzaya uğramış “Airbus A320” təyyarəsinin sərnişinlərindən birinin meyitinin parçasını tapıblar.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Yunanıstan müdafiə naziri Panis Kammenos bildirib.

Onun sözlərinə görə, axtarışlar nəticəsində oturacağın parçası da tapılıb.

Mayın 20-də daha öncə, misir hərbçiləri qəzaya uğrayan təyyarənin sərnişinlərinin şəxsi əşyalarının tapıldığını bildiriblər. Misir silahlı qüvvələrinin nümayəndələrinin sözlərinə görə, tapıntılar Aralıq dənizinin akvatoriyasında İsgəndəriyyə şəhərindən 290 km məsafədə aşkar edilib. Hərbçilər qeyd ediblər ki, göyərtə qeydiyyatçılarının axtarışı davam edir.