» » İspaniyda təyyarə qəzası: Ölənlər var

İspaniyda təyyarə qəzası: Ölənlər var

İspaniyda təyyarə qəzası: Ölənlər var

Təyyarə kərkəs quşu ilə toqquşduqdan sonra yerə çırpılıb.

İspaniyanın şimalında Arbisu şəhərində yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

Ucarliyiq.biz Associated Press-ə istinadən xəbər verir ki, aviaqəza nəticəsində üç Fransa vətəndaşı - iki kişi və bir qadın həlak olub.

Şahidlər bildiriblər ki, təyyarə kərkəs quşu ilə toqquşduqdan sonra yerə çırpılıb. Təyyarə iki yaşayış evin arasına düşüb. Yerli sakinlərdən xəsarət alan olmayıb.

Məlumata əsasən, yüngülmotorlu təyyarə Portuqaliyanın Koimbra şəhərindən Fransanın Daks şəhərinə istiqəmətlənirdi.