» » Ağ Evin qarşısındakı atışma olub- yaralanan var

Ağ Evin qarşısındakı atışma olub- yaralanan var

Ağ Evin qarşısındakı atışma olub- yaralanan var

Silahlı şəxs kritik vəziyyətdə xəstəxanaya çatdırılıb
ABŞ paytaxtında, Ağ Evin qarşısında baş vermiş atışma nəticəsində bir nəfər yaralanıb. Ucarliyiq.biz-ın report-a istinadən məlumatına görə, bu haqda "The Washington Post qəzeti"nin elektron versiyası məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Məxfi Xidmətinin əməkdaşının Ağ Evin binasının yaxınlığındakı buraxılış məntəqəsində güllələdiyi silahlı şəxs kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.
Prezident Barak Obamanın paytaxtda olmadığı, Endryus hərbi hava bazasında qolf oynadığı bildirilir. Lakin Co Bayden hadisə zamanı işdə olub.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. Ağ Evin damına snayperlər yerləşdirilib.
"USA Today" qəzetinin məlumatına görə atəş səsləri təxminən, dövlət başçısının işçi iqamətgahının və Duayt Eyzenhauerin icraçı ofisinin binası yaxınlığında eşidilib. (apa.az)