» » Avtomobil oğurluğu ilə məşğul olan dəstə saxlanıldı

Avtomobil oğurluğu ilə məşğul olan dəstə saxlanıldı

Avtomobil oğurluğu ilə məşğul olan dəstə saxlanıldı

Gəncədə avtomobili oğurlayaraq onları hissələrə bölən bir neçə nəfər saxlanılıb.

Ucarliyiq.biz apa-a istinadən məlumata görə, şəhər sakini Zaur İsmayılov ərizə ilə idarəyə müraciət edərək bildirib ki, yaşadığı 4-cü mikrorayon ərazisində ona məxsus "VAZ-2107" markalı avtomobil oğurlanıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq edən 1981-ci il təvəllüdlü Xəyal Abdullayev, 1960-cı il təvəllüdlü Həsən Məmmədov və onun oğlu 1995-ci il təvəllüdlü Elşən Məmmədov saxlanılıb. Məlum olub ki, bu ilin mart ayından başlayaraq X. Abdullayev şəhərin müxtəlif ərazilərindən 4 ədəd "VAZ-2107" markalı avtomobil oğurlayaraq H. Məmmədovun və oğlu Elçinin işlədiyi təmir emalatxanasına gətirərək ucuz qiymətə onlara satıb. Ata və oğlu isə emalatxanada avtomobilləri hissələrə bölərək satıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.

Avtomobil oğurluğu ilə məşğul olan dəstə saxlanıldı
Avtomobil oğurluğu ilə məşğul olan dəstə saxlanıldı