» » "O, mənim qardaşımdır, nə sevgi?"

"O, mənim qardaşımdır, nə sevgi?"

"O, mənim qardaşımdır, nə sevgi?"
"O, mənim qardaşımdır, nə sevgi?"

Türkiyə mediasında daha bir məşhur cütlüyün sevgili olma xəbərləri müzakirə edilir.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni Halil Sezai və həmkarı Melis Kar bir yerdə duet oxuduqdan sonra haqlarında sevgi dedi-qoduları yayılıb.

Dünən Halil Melisin konsertində onu tək buraxmayıb, səhnəyə çıxaraq duetlərini səsləndirib. M.Kar sonda sevgili olması haqda dedi-qodulara belə cavab verib:

"Sevgi hər zaman var. Sevgi olmasa, bu iş görülməz. Amma bizim aramızda sevgi yoxdur. Nə sevgi? Halil Sezai mənim böyük qardaşım kimidir".