» » “Taliban” lideri məhv edildi

“Taliban” lideri məhv edildi

“Taliban” lideri məhv edildi

Terror təşkilatının komandiri molla Əbdül Rauf qruplaşma liderinin öldürüldüyünü təsdiqləyib.

“Taliban” qruplaşmasının lideri Əxtar Mənsur ABŞ-ın endirdiyi aviazərbələr nəticəsində məhv edilib.

ucarliyiq.biz - in məlumatına görə, bu barədə Reuters Vaşinqtondakı mənbələrinə istinadən xəbər verir.

Aviazərbələr mayın 21-də yerli vaxtla saat 15:00 radələrində Pakistanın Əfqanıstanla sərhəddə yerləşən cənub-qərbindəki Əhməd-Val şəhərinə endirilib.

Məlumata görə, bombardımanda Amerikanın bir neçə pilotsuz təyyarəsi iştirak edib. Onların hədəfi terrorçuların avtomobili olub.

Qeyd olunur ki, “Taliban” terror təşkilatının komandiri molla Əbdül Rauf qruplaşma lideri molla Əxtar Mənsurun məhv edildiyini təsdiqləyib.