» » Məktəbdəki yanğınla bağlı RƏSMİ MƏLUMAT

Məktəbdəki yanğınla bağlı RƏSMİ MƏLUMAT

Məktəbdəki yanğınla bağlı RƏSMİ MƏLUMAT

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Xətai brayonundakı 95 saylı məktəbə baş verən yanğınla bağlı rəsmi açıqlama verib. İdarədən Lent.az-a verilən məlumata görə, bu gün səhər saat təxminən 09:10 radələrində Bakı şəhərində yerləşən Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin bir korpusunun dəhlizində yanğın hadisəsi qeydə alınıb.
Məktəbdə olan bütün şagirdlər təxliyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi cəlb olunub və yanğın artıq söndürülüb. Xəsarət alan yoxdur.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcəkdir.