» » Berlin, London və Vaşinqton NATO-nun şərq cinahını möhkəmləndirəcəklər

Berlin, London və Vaşinqton NATO-nun şərq cinahını möhkəmləndirəcəklər

Berlin, London və Vaşinqton NATO-nun şərq cinahını möhkəmləndirəcəklər

“Bir ölkəyə hücum bütün NATO-ya hücum deməkdir”.

NATO-nun iyulun 8-9-da Varşavada keçiriləcək sammitində çox mühüm qərarlar qəbul ediləcək.

Ucarliyiq.biz “Radio Polşa”ya istinadən xəbər verir ki, bu bəyanatla alyansın baş katibi Yens Stoltenberq çıxış edib.

Onun sözlərinə görə, sammitdə o cümlədən də Rusiyanın hərəkətlərini nəzərə alaraq, təhlükəsizlik sahəsindəki yeni vəziyyətə necə uyğunlaşmaq barədə əsas mövqelər müəyyənləşdiriləcək.

Stoltenberq “bir ölkəyə hücumun bütün NATO ölkələrinə hücum olduğu barədə aydın siqnal vermək üçün” NATO-nun Avropanın şərqindəki iştirakını gücləndirməyin zəruriliyini qeyd edib.

Baş katib bildirib ki, bəzi müttəfiqlər, xüsusilə ABŞ, Böyük Britaniya və Almaniya alyansın şərq cinahını möhkəmləndirməyə dair niyyətlərini artıq təsdiq ediblər.