» » KİV: Tehran neft hasilatını dondurmayacaq

KİV: Tehran neft hasilatını dondurmayacaq

KİV: Tehran neft hasilatını dondurmayacaq

İranın neft ixracının həcmi yayın ortalarında günə 2,2 milyon barelə çatacaq.

İran neft hasilatını dondurmaq niyyətində deyil. Belə ki, ölkə neft ixracını sanksiyalara qədər dövrdəki səviyyəyə cari ilin ikinci yarısından tez çatdıra bilməyəcək.

Ucarliyiq.biz Mehr agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin (NİOC) icraçı direktoru Rukneddin Cavadi bildirib.

“Cavadinin sözlərinə görə, İranın neft ixracının həcmi yayın ortalarında günə 2,2 milyon barelə çatacaq. Neft ixracının göstəricisi, göstərilən səviyyədə ölkəyə qarşı dörd il öncə sanksiyalar tətbiq edilməzdən əvvəl olub”, - məlumatda deyilir.  

“Hökumət hazırda neft hasilatının və ixracının artımını dayandırmaq və ya dondurmağı planlaşdırmır”, - Cavadi bəyan edib.

“Beləliklə də neft hasilatının artırılması üzrə plan qüvvədədir”, - Cavadi əlavə edib.

İran hakimiyyəti OPEK tərəfdaşları ilə iyunun 2-də görüşəcək.