» » Klinton: Tramp ABŞ üçün təhlükəlidir

Klinton: Tramp ABŞ üçün təhlükəlidir

Klinton: Tramp ABŞ üçün təhlükəlidir

“O, digər ölkələrin nüvə silahına malik olmasına imkan verəcək”.

ABŞ prezidentliyinə Demokrat partiyasından namizəd Hillari Klinton, milyarder Donald Trampın həm siyasi baxışlarını, həm də özünü ölkə üçün təhlükəli olduğunu hesab edir.

Ucarliyiq.biz bu barədə NBC News-a istinadən xəbər verir.

“Mənim fikrimcə, onun namizədliyi və dedikləri ölkəmiz üçün təhlükə doğurur”, - o deyib.

Bundan başqa Klinton, özünü seçkilərdə Demokrat partiyasının faktiki namizədi hesab etdiyini, bu səbəbdən də “bütün səylərini” Tramp ilə mübarizəyə yönləndirməyə hazır olduğunu vurğulayıb.

“O, normal namizəd deyil. O, bizim müttəfiqimiz – Böyük Britaniyanın ünvanına aqressiya ilə çıxış edir, Şimali Koreyanın təhlükəli diktatorunu isə tərifləyir, NATO-nu tərk etməyin lehinə çıxış edir, digər ölkələrə nüvə silahına sahib olmaq imkanını bəyan edir,  terrorçuluqda şübhəli bilinən ailələrin qətl edilməsi və əziyyət verilməsinə tərəfdar olduğunu söyləyir”, - Klinton qeyd edib və əlavə edib ki, “bütün bunlar birbaşa təhlükə doğurur”.