» » Turistlər 70 köpək balığının balinaya hücumunu videoya çəkiblər

Turistlər 70 köpək balığının balinaya hücumunu videoya çəkiblər

Turistlər 70 köpək balığının balinaya hücumunu videoya çəkiblər

Yırtıcılar iki saat ərzində balinanın cəmdəyini yırtıblar.

Ceraldtondan Bruma səyahət edən turistlər Avstraliyanın sahillərində Derk-Hartoq (Dirk Hartog) adası yaxınlığında Akula buxtasında (Shark Bay) qeyri-adi səhnənin şahidi olublar.

Ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, 70-dən çox köpək balığı, içində 15 nəfərin olduğu iki altımetrlik qayığa məhəl qoymadan iki saat ərzində balinanın cəmdəyini yırtıblar.  

“Eco Abrolhos” ekskursiya şirkətinin əməkdaşları pilotsuzlar və sualtı kameralar vasitəsilə köpək balıqlarının hücumunu videoya çəkərək öz Facebook səhifələrində paylaşıblar.