» » Erməni ordusunda yeni təyinat

Erməni ordusunda yeni təyinat

Erməni ordusunda yeni təyinat

Sarkisyan fərman imzalayıb.

Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə polkovnik Temur Şahnazaryan rabitə qoşunlarının rəisi – rabitə və avtomatlaşdırılmış idarə sistemlərinin rəisi təyin edilib.

Ucarliyiq.biz “Novosti -Armeniya”ya istinadən xəbər verir ki, bu barədə erməni dövlət başçısının mətbuat xidmətinin rəhbəri bildirib.

Xatırladaq ki, Sarkisyanın 26 aprel tarixli fərmanı ilə müdafiə nazirinin müavini – maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, Baş qərargahın kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan və rabitə qoşunlarının rəisi – rabitə və avtomatlaşdırılmış idarə sistemlərinin rəisi Komitas Muradyan vəzifəsindən azad edilmişdi.