» » Sarkisyan daha bir generalı qovdu

Sarkisyan daha bir generalı qovdu

Sarkisyan daha bir generalı qovdu

Çilingəryan Ermənistan silahlı qüvvələrinin silahlanma idarəsinin rəisi vəzifəsində çalışıb.

Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan silahlı qüvvələrinin silahlanma idarəsinin rəisi Melsik Çilingəryanın vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə erməni dövlət başçısının saytında məlumat yayılıb.

“General-mayor Çilingəryan Müdafiə Nazirliyinin silah idarəsinin rəisi vəzifəsindən azad olunsun”, - məlumatda deyilir.

Qeyd edək ki, Sarkisyan aprelin 26-da Ermənistan Müdafiə Nazirliyinin maddi-təchizat idarəsinin rəisi, general-leytenant Alik Mirzəbekyan, Baş qərargahın kəşfiyyat xidmətinin rəhbəri, general-mayor Arşak Karapetyan, nazirliyin rabitə və əlaqə idarəsinin rəisi, general-mayor Komitas Muradyan vəzifəsindən kənarlaşdırmışdı.

Ermənistanın Respublika partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan daha öncə yüksək vəzifəli məmurların işdən azad olmasının Qarabağda aprelin əvvəlində baş verən hadisələrin nəticəsi olduğunu bildirmişdi.