» » Pentaqon Rusiya ilə tank müharibəsinə necə hazırlaşır?

Pentaqon Rusiya ilə tank müharibəsinə necə hazırlaşır?

Pentaqon Rusiya ilə tank müharibəsinə necə hazırlaşır?

“Biz söhbətlərə çox vaxt itirmişik”.

ABŞ quru qoşunlarının kadrlar və doktrina üzrə Komandanlığının rəhbəri, general Makmaster  (H.R. McMaster) Vaşinqtondakı Strateji Araşdırmalar Mərkəzində məruzə ilə çıxış edərkən bildirib ki, artıq iki ildir davam edən münaqişə rusların artilleriya, piyadaların döyüş maşınları sahəsində üstünlüyünü göstərib. Habelə o, rusların taktiki məqsədlər üçün pilotsuz uçan aparatlardan daha effektiv istifadə etməsindən danışıb.

Ucarliyiq.biz xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə “Defence One” məlumat yazıb.

Pentaqon Rusiya ilə tank müharibəsinə necə hazırlaşır?

Onun sözlərinə görə, Birləşmiş Ştatlar ordusu Rusiya ilə yerüstü müharibədə qarşılaşmalı olsa, çox güman ki, indiyədək mövcud olan illüziyalarından əl çəkməli olacaq.

“Biz uzaqmənzilli raketlərdən istifadə etməklə ruslarla dueldə qalib gələcəyimiz haqda söhbətlərə çox vaxt itirmişik, - Makmaster qeyd edib. - Lakin siz uzaqmənzilli raketlərlə yalnız qapıdan içəri girə bilərsiniz. Və sual yaranır: siz qapıdan içəri girəndən sonra nə edəcəksiniz?”

Rusiyanın “mülki əhalinin arasına qarışıb gözdən itən, gizlənən yarımpeşəkar silahlı birləşmələrdən” istifadə etdiyinə diqqəti cəlb edib, “Onlar bizim dəqiq naviqasiya, şəbəkə zərbələri və zaman koordinasiyası imkanlarımızı məhdudlaşdıracaqlar”.

“Bütün bunlar o deməkdir ki, biz ruslarla yaxın döyüşə girməli olacağıq... Yaxın döyüşdə nailiyyət əldə etmək isə bizim indiyədək məhəl qoymadığımız sahədir, çünki biz hesab edirdik ki, üstünlüyümüz təmin olunub.

Pentaqon Rusiya ilə tank müharibəsinə necə hazırlaşır?

Bəs ABŞ Rusiya qarşısında itirilmiş üstünlüyünü hansı yolla bərpa edə bilər? Generalın sözlərinə görə, Ukrayna çöllərində gedən döyüşlər zamanı ortaya çıxan resept daha çox artilleriyaya və yüksək keyfiyyətli artilleriyaya malik olmaqdan, habelə köhnə ilə yeninin kombinasiyasından ibarətdir”, - general hesab edir.

 “Biz bu cür sistemlərin bir çoxu üzrə geri qalırıq, onlar isə təkmilləşdirilmiş adi sursatdan istifadə edirlər. Yaxın vaxtlarda əlimizdə olan döyüş sursatlarının 40-60%-i sıradan çıxacaq. Yaddan çıxarmayın ki, bizim daha az artilleriya sistemlərimiz var”, - general deyib.

Onun sözlərinə görə, indi isə üstəlik əlimizdə olan bu az artilleriya sistemləri düşmənin malik olduğu artilleriya sistemləri ilə müqayisədə effektiv olmayacaq.

ABŞ vəziyyəti düzəltmək üçün yeni silah sistemi üzərində işləyir. Bu silah sistemi eyni vaxtda quru, hava və dəniz hədəflərinə zərbə endirmək gücündə olmalıdır.

“Od-atəş vasitələri yer-hava, yer-yer və sahil-gəmi silahlarına malik olmalıdırlar. Biz hazırda bu cür imkanların yaradılması ilə məşğul oluruq”, - o deyib.

Pentaqon Rusiya ilə tank müharibəsinə necə hazırlaşır?

General məruzənin geniş kütlə üçün tam açıq olmasa da, “bəzi məqamları açıq mənbələrdə” olduğunu qeyd edib.

“Potomac Foundation” tədqiqat təşkilatının prezidenti Karber keçən il Ukraynaya səfər edib. O, belə bir qənaətə gəlib ki,  ABŞ 80-ci illərin sonlarından etibarən adi döyüş sursatlarının inkişafına əhəmiyyət verməyib, o, bu barədə keçən ilin oktyabr ayında ABŞ quru qoşunlarının (Association for the United States Army) Assosiasiyasının görüşündə bildirib.

O dövrdən indiyə qədər, silah sahəsində inanılmaz irəliləyişlər olub. Rusların döyüş meydanında istifadə etdiyi ən dəhşətli silah növlərindən biri termobarik başlıqlardır. Söhbət TOS-1A “Solntsepyok” odsaçanlarından və onların sələfi olan “Buratino”lardan gedir.

Pentaqon Rusiya ilə tank müharibəsinə necə hazırlaşır?

“Ukraynanın şərqində gedən döyüş əməliyyatları zamanı rusların artilleriyası cəmi 3 dəqiqə ərzində adi döyüş sursatlarından və termobarik başlıqlardan istifadə etməklə Ukrayna ordusunun iki mexanikləşdirilmiş batalyonunu məhv edib, - Karber deyib. - Əgər siz termobarik başlığın təsirini hiss etməmisizsə və ya bunun necə baş verdiyini bilmirsinizsə, o zaman onları diqqətlə öyrənin. Onlar tezliklə yaxınlığınızdakı hərbi əməliyyatlarda peyda ola bilərlər”.

Problem təkcə raketlərdə və mərmilərdə deyil. Amerika piyadaların döyüş maşınları sahəsində də imkanlarını itirib. 

“Amerika ordusunun “Bredli” piyada döyüş maşınları möhtəşəmdir, ancaq ruslar bu sahədə də qabağa gedib. Onlar yeni nəsil piyadaların döyüş maşınlarını istehsal edir, zirehli maşınların yeni müdafiə sistemlərini işləyib hazırlayırlar”.

Pentaqon Rusiya ilə tank müharibəsinə necə hazırlaşır?

Ukraynanın şərqində gedən döyüşlərdə rusların T-90 tankları da sınaqdan uğurla çıxıb. Bu tank Dağıstan və Suriyada sınaqdan çıxarılıb, amma onun daha səmərəli istifadəsi Ukraynada olub.

Ukrayna ordusu bir dəfə də olsun T-90 tankının vurulmasını qeydə ala bilməyib. Ruslar bu tankı elə layihələndiriblər ki, qaranlıqda, dumanda və qış şəraitlərində də üstünlüyü təmin edə bilsinlər.

“T-90 tankını belə dayanıqlı edən nədir? Onun dinamik müdafiə sisteminə malik olmasından başlayaq. Bu sistem tanka yaxınlaşan raketi sıradan çıxarır və döyüş başlığının zirehi dəlməsinə imkan vermir. Habelə tank aktiv müdafiə sisteminə malikdir və bunun sayəsində raketi hədəfdən yayındırır”, - o qeyd edib.

T-90 tankının müdafiə sistemi “Ştora-1” adlanır - bu (optik-elektron) müdafiə kompleksidir.

“Mən ukraynalı tank əleyhinə artilleriyaçılar ilə danışmışam, - Karber deyib. Onlar deyirlər: “Mən mərmini (tank əleyhinə qurğunun) tanka yönləndirdim, mərmi tanka çatdıqda qeyri-adi qalxan yarandı. Və mənim tank əleyhinə raketim trayektoriyasını dəyişərək sadəcə göyə uçdu”. 

Pentaqon Rusiya ilə tank müharibəsinə necə hazırlaşır?