» » "Recep İvedik"dən xanımına sürpriz - foto

"Recep İvedik"dən xanımına sürpriz - foto

"Recep İvedik"dən xanımına sürpriz - foto
"Recep İvedik"dən xanımına sürpriz - foto Aktyor Şahan Gökbakar birinci evlilik ildönümündə həyat yoldaşı Selin Gökbakara sürpriz edib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor şəxsi həyatında fenomen halına gələn "Recep İvedik"in əksinə davranış nümayiş etdirir. Xanımına və oğluna verdiyi dəyərə görə, böyük rəğbət qazanan Şahan, ötən gün birinci evlilik ildönümünü qeyd edib.

Ailəsiylə Egey Dənizində istirahətə yollanan aktyor xanımını hədiyyələri və xoş sözləri ilə təbrik edib:

"Ömür boyu birlikdə keçsin ömrümüz. Ailə hər şeydir. Həyat sürətli bir musiqidir. Sevdiklərinlə hər şey gözəldir. Hamınız sevdiklərinizlə daha çox vaxt keçirin. Ailə olun. Övladlarınız olsun. Xoşbəxtliyin düsturu çox sadədir. Bunu yaşamağa çalışın".

Həyat yoldaşının bu sürprizinə kövrələn Selin Gökbakarın cavabı gecikməyib. O, sosial şəbəkədən Şahan Gökbakara təşəkkürünü bildirib.

"Recep İvedik"dən xanımına sürpriz - foto